44 günlük Qarabağ müharibəsinin ilk günlərindən Ermənistan Respublikasının Ararat bölgəsində Qarabağdan minlərlə məcburi köçkün ailəsi məskunlaşıb.
Cari ilin fevral ayına olan məlumata görə, bölgədə təxminən 5576 Qarabağ sakini yerləşib. Masis (Zəngibasar) qəsəbəsində (şəhər) isə Qarabağın müxtəlif şəhər və kəndlərindən olan 2300-dən çox qaçqın ailəsi məskunlaşıb. Onların çoxu qayıdıb, bir qismi mühacirət edib, bir çoxu iş tapmaq üçün başqa rayonlara köçüb. Bu gün Masisdə Qarabağdan 150 qaçqın ailəsi yaşayır. Qaçqınlardan 4 ailə isə artıq orada özünə ev alıb.
Qaynarinfo xəbər verir ki, Qarabağın Hadrut (Ağoğlan) inzibati yaşayış məskənindən 2020-ci il oktyabrın əvvəlindən Masis qəsəbəsində 6 uşağı ilə birlikdə məskunlaşan ailə 60 min dram (214 AZN) ödəyərək kirayədə yaşayır. Evin şəraiti dözülməzdir, kommunal şəraiti yoxdur. Daha rahat ev kirayələmək imkanları isə məhdudur.
Məcburi qaçqın iş tapa bilmədiyini, bundan sonra necə olacağını bilmədiklərini deyir. Evin kişisi isə Masisdə suvarma su problemi üzündən az da olsa gəlir əldə etmək üçün torpağı becərə bilmədiklərini və səhhətində ciddi problemlər olduğundan, uşaqlarına normal diqqət ayırmaq üçün vaxtının olmadığını bildirir. Ona deyiblər ki, qaçqınlara güzəştlər, pulsuz müalicələr olduğunu eşidiblər, amma bilmirlər ki, kimə müraciət etsinlər.
Çoxuşaqlı qadın Anahit isə bildirir ki, o övladlarının gələcəyini Ermənistanda qurmaq istəyir, çünki "türkün (azərbaycanlıların) yanında yaşamaq çox çətin və qorxuludur”. O bildirir ki, Qarabağda ailəsinə ev təkilf edilib, evə baxmağa gedib, hətta ev də seçib. Amma orada qalıb yaşamaqdan qorxub, "türkün (azərbaycanlıların) atəş açmayacağından əmin olmayana qədər getmək fikrində deyil”.
Anahitdən fərqli olaraq əri Sasun Xudatyan Ermənistanda qalmayacağını deyir, Ermənistanda qalmaq onun ürəyiincə deyil: "Qarabağa geri qayıtmaq istəyirəm. Qarabağın havası başqadır, həsrətə qalib gələ bilməyi bacarmayacağam.
Masis şəhərinin Bələdiyyəsinin məlumatına görə, hazırda Qarabağ qaçqınlarının ciddi problemi uşaqların bağçalara yerləşdirilməsidir. Məsələnin müzakirə olunacağını, həll yolunun mütləq tapılacağını əminliklə bildiriblər. O, daha sonra deyib ki, mənzil məsələsinin həlli ən çətin məsələlərdən biridir və hökumət iddia edir ki, bu istiqamətdə planlar var, lakin konkret addımlar hələ hiss olunmur.
Qarabağ qaçqını Artaq Antonyan deyir ki, o yalnız geri qayıtmağı düşünür. Lakin təhlükəsizliyə zəmanət olarsa. Daha sonra Antonyan əlavə edir: "İndi bizə deyirlər, gəlin, amma mən inanmıram ki, bir gün ruslar ordusunu geri çəkməsin, "düşmən” bir daha hücuma keçməsin. Mən 5 uşağımı necə götürüb gedim, qorxu içində yaşaya bilərəm”.
Qarabağdan qaçqın olan Hermine danışır: "Qarabağ cənnət idi, cənnətdə yaşayırdıq. Orada fərqli idi, Ermənistana uyğunlaşa bilmirik. Bizim burada evimizin olub-olmamağının əhəmiyyəti yoxdur, Qarabağda yaşamaq təhlükəsiz olarsa, bir dəqiqə gözləmədən gedəcəyik". Hermine Antonyan Ermənistandakı şəxsi evi məsələsinin həll olunacağına ümid etmir. Deyir, bu barədə söhbət olsa da, baş tutacağından əmin deyil. "Burada böyük çətinliklərin öhdəsindən gəlirik, 5 uşaq sahibi olmaq asan deyil”, - o, təlaşla dövlət yardımının uzun sürməyəcəyini, Ermənistanda iş tapmağın da çətin olduğunu, çətinliklər içində çoxuşaqlı ailəni saxlaya bilmədiyini, ona görə də qeyri-müəyyənlik içində yaşadıqlarını əlavə edir.
Şuşadan qaçqın düşmüş Armen Qalstyan, həyat yoldaşı, üç azyaşlı uşaq və anası ilə birlikdə Masisdə kirayədə yaşayırlar. A.Qalstayn bildirir ki, Şuşa yarası dərindir, ağrısı sağalmır. Heç ağlına gəlməzdi ki, bir gün Şuşadakı evlərini itirərlər. Kirayə mənzilə 70 min dram (250 azn) verirlər, dövlətin bütün dəstəyini almaqlarına baxmayaraq, yaşamaq üçün iş tapmağı da vacib sayır.
Qaçqın qadın Yelena İsraelyan deyir: "Uşaqlar bu günə kimi qorxudan qurtulmayıb, istənilən yüksək səs gələn kimi yerlərindən dik atılırlar, partlayış səslərini, müharibə dəhşətini uşaqların yaddaşından silmək çətindir. Dəhşətli müharibə idi, uzun müddətdir ki, bu barədə düşünürəm, düşünürəm ki, dəli olacağam. Həsrətin, itkinin acısı ilə necə yaşayacağımı bilmirəm. Geri qayıtmaq istəyirəm, amma qorxuram. Nə qədər desələr də, təhlükə yoxdur, inanmıram. Üç övladımın həyatını riskə ata bilmərəm. Amma bilirəm ki, gün gələcək, ailəm dinc və təhlükəsiz Qarabağ torpağında yaşayacaq”.
<iframe width="790" height="444" src="https://www.youtube.com/embed/sLk1-r0T9uY" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">