Xəbər lenti

Qarabağ erməniləri İrəvandan gələn deputatları daşlayıblar
Siyasət18:45 02.09.2021

Qarabağ erməniləri İrəvandan gələn deputatları daşlayıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamentinin hakim "Vətəndaş sazişi” fraksiyasından Xankəndinə səfərə gələn bir qrup deputat yerli sakinlərin "qonaqpərvərliyi” ilə üzləşib.
"Qraparak” qəzetinin məlumatına görə, ölən erməni əsgərlərinin valideynlərinin bir qrupu daş parçaları ilə silahlanaraq, deputatların qaldığı mehmanxanaya daxil olub və millət vəkillərinə hücum çəkiblər. Onlar deputatların Qarabağa gəlməyə haqları çatmadıqlarını bəyan ediblər.
Daha sonra əsgər yaxınları deputatların hərbçilərin basdırıldığı qəbiristanlığı ziyarət etmələrinin qarşısını alıblar. Hərçənd, sonradan "qonaqlar” gücləndirilmiş mühafizə və yerli hakimiyyət orqanları nümayəndələrinin müşayətilə nəzərdə tutulmuş ziyarəti gerçəkləşdiriblər.
Mənbə: "Armeniasputnik”