Xəbər lenti

Qarabağ: İlin sonuna doğru böyük sülh sazişi masaya qoyula bilər... (ŞƏRH)
Siyasət11:27 29.06.2021

Qarabağ: İlin sonuna doğru böyük sülh sazişi masaya qoyula bilər... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Güman edirəm ki, Antalya görüşündə Qarabağ məsələsinin həllinə doğru bəlli bir məsafə qət ediləcək. Prosesdə çıxılmaz hesab edilən bir sıra məsələlər razılaşdırılacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli iyunun 30-da Antalyada Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında olacaq görüşü dəyərləndirərkən deyib. Ona görə də həmsöhbətimiz həmin görüşün adi bir  görüş olacağını düşünmür: 
"Çavuşoğlu ilə Lavrov arasında olacaq bu görüşdə müzakirə ediləcək məsələlər arasında Cənubi Qafqazla bağlı proseslərin öndə olacağını düşünürəm. Əsas diqqət Azərbaycan Ermənistan münasibətlərinə yönəldiləcək. Amma Suriya və Liviya məsələləri də müzakirə predmeti olacaq”.  
Politoloqa görə, görüşdə Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiya və demarkasiyası, bu zaman işçi heyətinin yaradılması və prosesdə hansı xəritələrdən yararlanmaq, habelə sərhədlərin müəyyənləşdirilməsində daha dəqiq texniki vasitə olaraq peyk rabitəsindən istifadə edilməsi kimi məsələlər danışıqlar mövzusu olacaq.  
Q. Hüseynlinin fikrincə, Rusiya çalışır ki, iyun-iyul aylarında Bakı ilə İrəvan arasında sərhədlərin müəyyənləşməsi prosesi bəlli bir həll nöqtəsinə çatsın, ona görə də Ankara ilə birlikdə prosesə yeni təkan vermək istəyir:  
"Çünki sərhədlər müəyyənləşmədən kommunikasiyaların açılması gündəmə gəlməyəcək. Həmçinin bu danışıqlarda Qarabağın statusu məsələsi də gündəmdə deyil. Demirəm ki, Antalyada dediyim məsələ ilə bağlı bütün nüanslar razılaşdırılacaq. Amma güman edirəm ki, uzağı ilin sonlarına doğru böyük sülh sazişi müzakirə üçün masaya qoyula bilər”.
Rüfət Sultan