Xəbər lenti

“Qarabağ” “Keşlə” ilə oyunda xal itirib
Ölkə17:05 01.04.2018

“Qarabağ” “Keşlə” ilə oyunda xal itirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində növbəti oyun keçirilib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, həftənin ikinci matçı lider "Qarabağ”la "Keşlə” arasında olub.
Qarşılaşmada hesabı 34-cü dəqiqədə Slavik Alxasovun qolu ilə qonaqlar açıblar. Lakin meydan sahibləri məğlubiyyətdən qaçmağı bacarıblar. Görüşün 57-ci dəqiqəsində Riçard Almeyda fərqlənib.
Bu heç-heçədən sonra "Qarabağ” xallarının sayını 50-yə çatdırıb. "Keşlə” isə 17 xalla 7-ci pillədədir.
Həftənin açılış matçında "Kəpəz”lə "Zirə” qolsuz bərabərə qalıb. XXI tura aprelin 2-də keçiriləcək "Qəbələ” – "Sumqayıt” və "Neftçi” – "Səbail” görüşləri ilə yekun vurulacaq.