Xəbər lenti

Qarabağ münaqişəsi gərginləşə bilər - İsveçrə XİN
Ölkə10:02 11.04.2016

Qarabağ münaqişəsi gərginləşə bilər - İsveçrə XİN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu ayın əvvəlində Dağlıq Qarabağda yaranan gərginlik Rusiyanın səyləri ilə sabitləşib”.

Azvision.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri Didye Burkhalter Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, regionda vəziyyət mürəkkəb olaraq qalır: “Münaqişənin yenidən gərginləşməsi təhlükəsi var. Hesab edirik ki, münaqişənin nizamlanması üçün dialoq prosesi strukturlaşdırılmalıdır. Lakin dialoq prosesi hələ ki, ciddi strukturlaşdırılmayıb və bunun üçün ciddi çalışmaq lazımdır”. 

Qaynar.info