Xəbər lenti

"Qarabağ" qələbə qazanıb liderliyini möhkəmləndirdi
İdman17:01 19.03.2022

"Qarabağ" qələbə qazanıb liderliyini möhkəmləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, turun son matçı "Zirə" ilə "Qarabağ" arasında baş tutub. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşdə qonaqlar 3:0 hesablı qələbə qazanıb.
Qurban Qurbanovun komandasından qolları Ramil Şeydayev (10) və Kadi Borges (47, 64) rəqib qapısından keçirib.
Beləliklə "Qarabağ" bu qələbə sayəsində xallarının sayını 46-ya çatdırmaqla turnir cədvəlindəki liderliyini bir qədər də möhkəmləndirib. 
Turun buna qədər keçirilən görüşlərində aşağıdakı nəticələr qeydə alınıb.
"Keşlə" - "Sumqayıt" 1:1
"Neftçi" - "Qəbələ" 4:0
"Sabah" - "Səbail" 1:0
"Qarabağ" - 46, "Neftçi" - 37, "Zirə" - 35, "Qəbələ" - 33, "Sabah" - 26, "Keşlə" - 19, "Sumqayıt" - 14, "Səbail" - 11
Səbuhi Həsənov