Xəbər lenti

Qarabağ savaşı: Rusiya Qərbə nümayş etdirmək istəyirdi ki... (ŞƏRH)
Siyasət11:07 09.10.2020

Qarabağ savaşı: Rusiya Qərbə nümayş etdirmək istəyirdi ki... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Meyitlərin və əsirlərin dəyişdirilməsi texniki məsələdir”.

Qaynarinfo xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, bu texniki prosesə şərait yaradılması üçün Rusiyanın Müdafiə naziri və ya başqa səlahiyyətlisi də təşəbbüs göstərə bilərdi:

 

"Şəxsən Putinun təşəbbüs göstərməsi və Xarici İşlər nazirlərini Moskvaya dəvət etməsi o deməkdir ki, Rusiya prezidenti öz şəxsi nüfuzunu ortaya qoyur. Ona görə də Azərbaycanın müvəqqəti atəşkəs təklifinə və dəvətinə yox deməsi asan deyil. Üstəlik, Azərbaycan prezidenti problemin həllində Rusiya və Türkiyəyə güvəndiyini söylədiyi bir vaxtda. Bu səbəbdən hümanist akt kimi Azərbaycanın müvəqqəti (bir neçə saatlıq da ola bilər, 1-2 günlük də) atəşkəsə razılıq verməsi mümkündür”.

Politoloq hesab edir ki, bununla paralel, atəşkəsin tam bərpası, çağırışları və cəhdləri də davam edəcək:

"Rusiya Azərbaycanın hərbi əməliyyatlarına həm də (digər səbəblərlə birlikdə) ona görə göz yumur ki, hansısa mərhələdə arbitr rolunu oynamaq üçün təkrar araya girə bilsin. Rusiya açıq şəkildə tərəf tutsa, bir vasitəçi kimi öz missiyasını öz əli ilə bitirmiş olar. Onsuz da Azərbaycanda ciddi nüfuzu yoxdur. Təsir gücü də getdikcə zəifləyir. Halbuki onun nizamlanma prosesində öz lider rolunu saxlaya bilməsi, gələcəkdə münaqişənin siyasi həlli zamanı öz maraqlarını qoruması, bura sülhməramlılar göndərə bilməsi üçün Azərbaycanın razılığına ehtiyac var. Eyni zamanda, Rusiya Qərbə nümayş etdirmək istəyirdi ki, müharibəni dayandıra bilən yeganə güc odur”.

Bahar Rüstəmli