Xəbər lenti

Qarabağda keçmiş və indiki “prezidentlərin” görüşü: Hakimiyyət bölgüsü, yoxsa qarşıdurma?
Siyasət11:02 15.04.2022

Qarabağda keçmiş və indiki “prezidentlərin” görüşü: Hakimiyyət bölgüsü, yoxsa qarşıdurma?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağdakı qondarma rejim bəyanat yayıb ki, aprelin 14-də Arayik Harutyunyan "xələfləri” Bako Saakyan və Arkadi Qukasyan ilə görüşüb. 
Qaynarinfo xəbər verir ki, görüşdə "ölkənin qarşısında duran əsas xarici və daxili çağırışlar, habelə onların aradan qaldırılması yolları müzakirə edilib”. Onlar regiondakı hərbi-siyasi vəziyyətin "Qarabağın gələcəyinə təsiri və hakimiyyətin mümkün imkanları və fəaliyyəti barədə fikir mübadiləsi aparıb".
Xatırladaq ki, bu günlərdə Azərbaycan hökuməti Arayik Harutyunyanın iki görüşü - "Təhlükəsizlik Şurasının” və "xarici işlər nazirinin” üzvləri ilə işgüzar görüşü, Qarabağdakı QHT-lərinin onlarla nümayəndəsi ilə görüşü barədə məlumat yayıb. 
Məlumata görə, onlar Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışında Qarabağın statusu ilə bağlı səsləndirdiyi fikirlərdən narahat olduqlarını bildiriblər. Görüş zamanı Arayik Harutyunyan ictimai narahatlıqlardan danışaraq, "hökumətin” ictimai tələbin və narazılığı ilə bağlı müvafiq addımlar atacaqlarını qeyd edib. 
Sual yaranır ki, onlar hazırda hansı rol və resurslarla vəziyyəti müzakirə etmək üçün qondarma rejimin rəhbəri ilə görüşüblər. Üstəlik, Qarabağın dövlət kimi nə subyektivliyi, nə də müstəqilliyi mövcud deyil.
Bu gedişlə qondarma rejimin İrəvanla açıq-aşkar siyasi qarşıdurması fonunda rejimin keçmiş "prezidentləri” vasitəsilə hansı məsələnin həll olunduğu və ya həllinə cəhd edildiyi əsas məsələ olaraq qalacaq.
Şübhə yoxdur ki, bu gün Ermənistanın çətin xarici vəziyyəti və daxili siyasi gərginlik şəraitində qondarma rejimin və Ermənistanın "monolit” davranışı "birləşmiş qüvvələrin” siyasi birliyi olmayacaq, əksinə getdikcə bu birlik daha da məhdudlaşacaq.
Digər tərəfdən, hər hansı bir şəkildə qarşıdurma təhlükəli olacaq və etiraf etmək lazımdır ki, Arkadi Qukasyan və Bako Saakyan öz həyat təcrübələri ilə "qızıl orta”nın formalaşmasına deyil, əksinə fikir ayrılıqlarına töhfə verəcəklər. Üstəlik, Ermənistan həm siyasi güc, həm də siyasi müxalifət baxımından iyirmi ildən artıq müddətdə öz rolunu oynamış Qarabağ "elitası” ilə hakimiyyəti bölüşməyəcək. Zaman isə qondarma rejimin rəhbərliyinin İrəvanla yeni qarşıdurmalar fonunda Azərbaycanın xeyrinə işləməsinə  davam edir.
Telman Qasımov