Xəbər lenti

Qarabağda separatizm canlanır: Ermənistan XİN-i kim danışdırır? (ŞƏRH)
Siyasət14:31 21.02.2022

Qarabağda separatizm canlanır: Ermənistan XİN-i kim danışdırır? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu məsələləri qaldıran əslində Rusiyadır. Ermənilər arasında separatizmi, revanşizmin baş qaldırmasının arxasında birmənalı şəkildə Rusiyanın kəşfiyyat orqanları dayanr”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş DQMV-nin 1988-ci ilin fevralın 20-də qanunsuz yolla öz müqəddəratını təyinetmə hüququnu ortaya atmalarının 34 illiyində yenidən Qarabağdakı separatçı rejimin müstəqilliyinin tanınması məsələsini gündəmə gətirməsinə münasibət bildirərkən deyib:
"Bunlar hamısı planlaşdırılmış aksiya şəklində həyata keçirilir və məsələni gündəmə gətirənlər də Paşinyan ətrafında toplaşan Köçəryan-Sarkisyan duetinin təmsilçiləridir”.
Bu səbəbdən həmsöhbətimiz ermənilərin birdən-birə fəallaşmasını təsadüfi hesab etmir:
"Dağlıq Qarabağın rus icması deyilən bir məsələni gündəmə atıblar. Moskva bununla Qarabağda rus icmasının olmasını əsas gətirməklə bölgəni tamamilə öz nəzarəti altına almaq istəyir. Gələn rus əsgərlərilə erməni qızlarını evləndirirlər. Rəsmi statistikaya görə, son iki ayda 31 belə nikah bağlanıb. Bu isə o anlama gəlir ki, bir il ərzində 300-350 belə nikahlar olur. Belədə, süni şəkildə Qarabağda rus vətəndaşlarının sayını artırırlar. Rusiya Federasiyası isə Dövlət Dumasında qəbul olunan qanuna əsasən, dünyanın harasında olursa-olsun, öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi öz üzərinə götürüb. Ermənistanın bu istiqamətdə fəallaşması da məhz bu məqamdan irəli gəlir”.
Politoloq İrəvanın bu sayaq canfəşanlığına son qoymağın vacibliyini qeyd edib:
"Rus sülhməramlıları öz missiyalarına uyğun hərəkət etmir. Sülh yaratmaqdan savayı hər şeylə məşğuldurlar. Onun nəticəsidir ki, 18 minə yaxın erməni terrorçu hələ də Qarabağda qalır. Baxmayaraq ki, 10 Noyabr, 11 Yanvar və 26 Noyabr bəyanatlarına görə, onlar Qarabağı tərk etməlidirlər”.
Rüfət Sultan