Xəbər lenti

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana getdi
Siyasət09:10 09.09.2021

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıların yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.
Qaynarinfo "Report”a istinadla xəbər verir ki, məlumatı "Aysor” yayıb.
O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.
Görüşdə Rusiyanın Erməsnistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmtri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb.