Xəbər lenti

Qarabağdan atılacaq tək raket
Siyasət13:14 24.03.2017

Qarabağdan atılacaq tək raket

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrəvanda həbs edilmiş Qarabağ separatçısı, general Samvel Babayanın qaçaqmal yolu ilə gətirdiyi silahla Serj Sarkisyanı vurmaq istədiyini ehtimal edənlər çoxalır.

İstiPress-in məlumatına görə, erməni jurnalist Emil Sanamyan “Eurasianet”də bu barədə yazdığı məqalədə indiki Ermənistan prezidenti Serj Sarkisyanla Qarabağdakı quldur dəstələrinin keçmiş rəhbəri, Xocalı soyqırımının müəlliflərindən biri olan Samvel Babayan arasında qalmaqalın çoxdan başladığını bildirir:

“Samvel Babayanla Serj Sarkisyanın arasında ədavətin qədim tarixi var. Onların ilk toqquşması 1990-cı illərdə Dağlıq Qarabağda ali rəhbər vəzifəsində olan zaman başlayıb. Rusiyada bir neçə il keçirmiş Babayan 2016-cı ilin aprelində Qarabağda vəziyyət gərginləşəndən sonra Ermənistana qayıdıb, Sarkisyanın xarici siyasətini və təhlükəsizlik siyasətini kəskin tənqid edib. Deyilənə görə, Babayan keçmiş prezident Robert Koçaryana yaxındır, o da Sarkisyanın ciddi tənqidçisidir”.

Ümumiyyətlə, Robert Koçaryan Ermənistanda Serj Sarkisyan tərəfindən həyata keçirilən islahatları kəskin tənqid edir. Onun fikrincə, proporsional siyahı ilə seçilən parlament hakimiyyəti xaosa səbəb olacaq. Əslində isə Robert Koçaryan da, Samvel Babayan da, Qarabağ klanının başqa təmsilçiləri də qorxurlar ki, hakimiyyət Stepan Demirçiyan və Levon Ter-Petrosyan kimi siyasətçilərin əlinə keçə bilər. Onlar isə Ermənistanın xilası üçün Qarabağı Azərbaycana qaytara bilərlər. Buna görə, Serj Sarkisyanı bəri başdan aradan götürmək istəyirlər.

Qaynar.Az