Xəbər lenti

“Qarabağ” Avstriya toplanışını qələbə ilə başa vurdu (VİDEO)
İdman18:22 04.07.2023

“Qarabağ” Avstriya toplanışını qələbə ilə başa vurdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ” sonuncu yoxlama oyununu keçirib.
"Köhlən atlar" Bolqarıstan təmsilçisi MOİK-lə üz-üzə gəlib.
"Vörgl” stadionunda oynanılan qarşılaşma Ağdam klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.
Qeyd edək ki, "Qarabağ” Avstriyadakı ilk görüşündə Macarıstan "Ferentsvaroş”u ilə heç-heçə edib - 3:3. Son ölkə çempionu ikinci matçında isə Polşa "Legiya”sına uduzub - 0:2.