Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan final qarşılaşmasında son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə olunmuş vaxtlarda komandalar fərqlənə bilməyib. Penaltilər seriyasında isə "Qarabağ" qalib gələrək kubokun qalibi olub. Bununla yanaşı "köhlən atlar" həm ölkə çempionu həm də kubokun sahibi olaraq "Qızıl dubl" etmiş oldu.
Azərbaycan Kuboku
Final
27 may
19:00. "Qarabağ" - "Zirə" 1:1 (pen. 4:3 )
Qollar: Hamidu Keyta, 17. - Abdullah Zubir, 69
Şərhlər