Xəbər lenti

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi Şimali Makedoniya çempionatına böyükhesablı qələbə ilə başladı
Ölkə21:45 08.08.2025

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi Şimali Makedoniya çempionatına böyükhesablı qələbə ilə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında 2025/2026 mövsümünə böyükhesablı qələbə ilə start verib.
Tetovo təmsilçisi mövsümün açılış oyununda öz meydanında "Şkupi"yə 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Şkendiya" qitənin ən nüfuzlu klub turnirində "Qarabağ"a qarşı ilk matçda 0:1 hesabı ilə uduzub.Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. Pley-off mərhələsinə adlayan komanda "Ludoqorets” (Bolqarıstan) - "Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.