Xəbər lenti

İdman 15:12 14.07.2024

"Qarabağ"ın qapıçısı zədələndi: 8 ay futboldan uzaq qalacaq

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Klubdan verilən məlumata görə, o, məşq prosesində xəsarət alıb.

Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->