XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ"ın yeni transferləri bu gün gəlir, bir nəfər isə gedir
İdman16:08 26.08.2026

"Qarabağ"ın yeni transferləri bu gün gəlir, bir nəfər isə gedir

"Qarabağ"ın iki yeni futbolçu almağa hazırlaşır.

Qaynarinfo xəbər verir ki, Qol.az saytı bununla əlaqədar yeni informasiyalar əldə edib.

Xəbərə görə, həmin futbolçuların hər ikisi legionerdir. Düzdür, futbolçuların adları hələlik açıqlanmır. Amma sayt onların milliyyətini və meydandakı mövqeyini öyrənə bilib.

Futbolçulardan biri nigeriyalıdır və sol cinah vingeridir. Məlumdur ki, Abdullah Zubirin gedişindən sonra bu mövqedə yalnız bir futbolçu - Renaldo Sepas qalmışdı. "Qarabağ" yeni futbolçunun gəlişi ilə həmin mövqedəki problemin aradan qaldırmağı planlaşdırır.

Digər yeni transfer isə Afrika əsilli alman oyunçudur, dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Hər iki futbolçu bu gün Bakıda olacaq. Onlar tibbi müayinədən keçdikdən sonra isə klubla müqavilə imzalayacaqlar. Bununla da "Qarabağ"ın bu yay aldığı futbolçuların sayı 10-a çatacaq.

Amma bu da son deyil. "Qarabağ"a gələnlərlə yanaşı bir nəfər gedən də olacaq. Hələlik həmin oyunçunun da adı açıqlanmayıb. Amma sayt saytı öyrənə bilib ki, o, əsas heyətin üzvü deyil.