Xəbər lenti

"Qarabağ" Juninyonun yerinə futbolçu tapıb - 1,5 milyon qiyməti var
İdman12:19 13.01.2025

"Qarabağ" Juninyonun yerinə futbolçu tapıb - 1,5 milyon qiyməti var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" hücumdakı boşluğu doldurmaq üçün çalışmalara başlayıb. 
Qaynarinfo xəbər verir ki, Ağdam klubu Rumıniyada çıxış edən Yanis Stoykanı transfer etmək istəyir.
"Hermannstadt" klubunun formasını geyinən 22 yaşlı vinger uğrunda iki klubun mübarizə apardığı bildirilir.
Bunlardan biri "Qarabağ", digəri isə "Dinamo Kiyev"dir. Rumıniyanın gənclər millisinin üzvü hücumun hər iki cinahı ilə yanaşı, mərkəzində də oynamağı bacarır. Rumıniya klubu həm "Qarabağ", həm də "Dinamo Kiyev"dən təklif alsa da, danışıqlar ilkin mərhələdədir.
Yanis Stoykanın "Hermannstadt"la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. "Hermannştadt" klubu onun üçün 1,5 milyon avro istəyir.