Xəbər lenti

"Qarabağ" klubu ilə bağlı çəkilən filmin adı məlum oldu
Sənət13:22 13.06.2022

"Qarabağ" klubu ilə bağlı çəkilən filmin adı məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.
Mədəniyyət Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ekran əsəri "Qarabağ" FK 30 mövsüm səfərdə” adlanır.
Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin "Salnaməfilm" studiyasında istehsal olunur.
""Qarabağ" FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq", - qurumdan vurğulanıb.
Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.