Xəbər lenti

Qarabağ qazisindən iş adamına dəstək
Ölkə15:58 12.09.2023

Qarabağ qazisindən iş adamına dəstək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şəhid Ailələri və Qazilərə Qayğı” İctimai Birliyinin sədri, Qarabağ qazisi Ceyhun Ağayev Ağsuda fəaliyyət göstərən "Şölətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədova dəstəyini ifadə edib. 
Qaynarinfo xəbər verir ki, Qarabağ qazisi Novruz Gülməmmədova məxsus istirahət mərkəzi ilə bağlı baş verənləri sahibkarlı fəaliyyətinə maneə kimi qiymətləndirib.
"Novruz müəllim bu barədə bizimlə söhbətində bildirib ki, ondan ianə adı altında ödəniş tələb edilib. Daha sonra ona verilən sənədin saxta olduğu üzə çıxıb. Bu işlə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar aparılıb və cinayət işi başlanıb. Amma nədənsə barəsində cinayət işi başlanan şəxlslər cəzalandırılmır. Əksinə, Novruz Gülməmmədova müxtəlif formalarda təzyiqlər olunur”, - deyə qazi bildirib. 
O, qeyd edib ki, Novruz Gülməmmədov baş verənlərlə bağlı faktlar təqdim edib. "Həmin faktları da ictimailəşdircəyik”, - deyə Ceyhun Ağayev əlavə edib. 
Qarabağ qazisi sonda bildirib ki, Norvuz Gülməmmədov xeyriyyəçi kimi tanınır. O, vaxtaşırı şəhid ailələrinə və Qarabağ qazilərinə yardım edir. 
Aydın