Xəbər lenti

"Qarabağ" reytinq xallarımızı artırdı
İdman05:45 25.08.2023

"Qarabağ" reytinq xallarımızı artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlardan sonra UEFA-nın reytinq siyahısı yenilənib. 
Qaynarinfo-nun məlumatına görə, Azərbaycanın da reytinq xalları artıb. "Qarabağ"ın Sloveniya təmsilçisi "Olimpiya" üzərindəki 2:0 hesablı qələbəsi ölkəmizin xallarına 0,250 əmsal əlavə edib. Bununla da, cari mövsümdəki ümumi qazancımız 2,500 əmsal olub.
Son beş mövsümdəki ümumi xalı 16,750-yə çatan Azərbaycan reytinq sıralamsında 29-cu yerdədir. 
UEFA reytinqinə 89,053 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədədir.
Səbuhi Həsənov