"Düşünürəm ki, növbəti mərhələdə söhbət artıq separatçı rejimin tam tərkibdə tərksilah və ləğv olunmasından gedəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanla sərhəddə Laçın rayonu ərazisində Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratmasını şərh edərkən deyib:
"Bu, çoxdan gözlənilən vacib hadisədir. Azərbayan bununla artıq bütün əsas sərhədlərinə nəzarət edir. Artıq Ermənistanı erməni separatçılarla birləşdirən dəhliz yoxdur. Düzdür, orada rus sülhməramlıları da dayanır. Amma yenə də sərhədin ölkəmizə aid hissəsi Azərbaycanın nəzarəti altındadır”.
Həmsöhbətimizə görə, nəzarət-buraxılış məntəqəsinin yaradılması delimitasiya və demarkasiya prosesinin sürətlənməsinə də təkan verəcək:
"Mövcud addımın atılması fonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdə fəaliyyət göstərən separatçı rejimin mövcudluğuna da artıq günlər, həftələr qalır”.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Rüfət Sultan