Xəbər lenti

Qarabağdakı seperatçılar arasında daxili savaş şiddətlənir: Yeni "lider" kim olacaq?
Siyasət09:42 06.09.2023

Qarabağdakı seperatçılar arasında daxili savaş şiddətlənir: Yeni "lider" kim olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Deyəsən, estafeti Samvel Şahramanyana ötürmək istəyirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Qarabağdakı separatçıların sentyabrın 9-da qondarma "prezident seçkisi” keçirməsi və "parlamentin spikeri” David İşxanyanla "dövlət naziri” Samvel Şahramanyanın namizədliyinin nəzərdən keçirilməsini şərh edərkən deyib: 
"Qarabağ erməniləri arasında terrorçu rejim rəhbərliyinə yiyələnmək istəyən 5-6 klan var. Hazırda onlar arasında kəskin mübarizə gedir. Paşinyan da prosesə təsir etmək uğrunda mübarizə aparır. Eyni zamanda, Rusiya da prosesi diqqət mərkəzində saxlamağa çalışır. Moskva istəyir ki, Arutyunyanın yerinə ona bağlı və onun istəyini yerinə yetirəcək şəxs gəlsin”.
Ekspert bildirib ki, "Qarabağ klanı”nın mövqeyi də əhəmiyyətlidir. "Çünki separatçılar daha çox "Qarabağ klanı”na bağlıdır, nəinki Paşinyana. Prosesdə hansı qruplaşmanın qalib gələcəyi Rusiyanın son olaraq kimə dəstək verəcəyi, prosesin Paşinyanla razılaşdırılıb-razılaşdırılmamasından asılıdır”.
Tural Rzayev qeyd edib ki, mətbuatda daha çox Samvel Şanramanyanın adı hallanır:
"Deyəsən, estafeti ona ötürmək niyyətindədirlər. Araik Arutyunyan artıq istifadə olunmuş kart idi. O, müharibədə Azərbaycan əleyhinə olub, döyüşə göstəriş verib. Ona görə də qondarma olsa da, onun yerinə gələnin inteqrasiya prosesi, Ağdam-Xankəndi yolunun açılması və erməni icması ilə danışıqlarda Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən qəbul olunması üçün müharibə cinayətləri törərməyən, Azərbaycan xalqı və dövlətinə qarşı cinayət etməmiş şəxsin olması daha məqbul olardı”. 
Qeyd edək ki, Arayik Arutyunyanın istefasından sonra Qarabağdakı erməni separatçılar sentyabrın 9-da qondarma prezident seçkiləri keçirmək qərarına gəliblər. Ermənistanın "Joxovurd" nəşrinin yazdığına görə, həmin "posta” "parlamentin spikeri” David İşxanyan və "dövlət naziri” Samvel  Şahramanyanın namizədliyi nəzərdən keçirilir. Şahramanyanın terrorçu rejimin keçmiş rəhbəri Bako Saakyanın kadrı olduğu deyilir. İşxanyan isə birinci Qarabağ savaşında terrorçular tərəfində döyüşüb. O həmçinin, Daşnakstyun terror təşkilatının Qarabağ nümayəndəliyinin rəhbəridir. 
Rüfət Sultan