Xəbər lenti

"Qarabağla bağlı prinsipial və ardıcıl siyasət qələbənin təmin olunmasını şərtləndirdi"
Siyasət14:18 07.11.2022

"Qarabağla bağlı prinsipial və ardıcıl siyasət qələbənin təmin olunmasını şərtləndirdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Ordusunun 44 günlük Qarabağ savaşında qazandığı qələbənin hərb tarixində misli yoxdur”.
Bu sözləri Qaynarinfo-ya Araşdırmaçı Jurnalistlər Liqasının (AJL) Baş katibi Şəfayət Avılbəyli Azərbaycanın Qarabağ savaşındakı qələbəsindən danışarkən deyib.
Onun sözlərinə görə, bu qələbə göstərdi ki, Azərbaycan xalqı işğalla barışmayan, torpaqları uğrunda canından keçən, taleyüklü məsələlərdə bir araya gələn toplumdur:
"Sözsüz ki, bütün bunlarda Ali Baş Komandan İlham Əliyevin də böyük rolu var. Məhz onun Qarabağla bağlı apardığı prinsipial və ardıcıl siyasət qələbənin təmin olunmasını şərtləndirdi. Azərbaycan əvvəlcə diplomatik müstəvidə hücuma keçdi. Yadınıza gəlirsə, Elmar Məmmədyarov məhz erməni həmkarı ilə Qarabağ mövzusunda loyal danışdığına, daha doğrusu, bu məsələnin üzərindən ötəri keçdiyinə görə vəzifəsindən xaric edildi. Daha sonra ermənilərin cəbhə bölgəsində törətdiyi təxribata sərt cavab verildi. Sentyabr ayının 27-də isə artıq hücuma keçmək əmri verildi və Azərbaycan Ordusu yüksək hazırlıq, peşəkarlıq, əzm və şücaət göstərərək 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 
Artıq Cənab Prezidentin də dediyi kimi "Dağlıq Qarabağ problemi” yoxdur. Bu problem həll edilib və müzakirə mövzusu ola bilməz. İki ildir Azərbaycanı bu mövqeyindən çəkindirmək istəyirlər. Ən müxtəlif vasitələrlə ölkəmizə, onun rəhbərinə təzyiqlər edilir. Lakin İlham Əliyev bu təzyiqlərə sinə girərək Azərbaycanın haqlı mövqeyindən geri çəkilməyəcəyini nümayiş etdirir. İnanıram ki, bu siyasət nəticədə dünyanın Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını birmənalı şəkildə qəbul edəcəyi ilə nəticələnəcək”.
Aydın