Xəbər lenti

Qarabağlı “fəal” xunta liderlərinə səsləndi: “Bu qanlar sizin boynunuzdadır”
Siyasət07:28 25.09.2023

Qarabağlı “fəal” xunta liderlərinə səsləndi: “Bu qanlar sizin boynunuzdadır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağlı "fəal” Artur Osipyan qeyri-qanuni xunta liderlərinə müraciət edərək, "Yerablurun qanı sizin boynunuzda Bako Saakyan, sizin və Serj Sarkisyandan Robert Köçəryana qədər generallarınızın üzərindədir”, deyib.
Qaynarinfo bu barədə "Caliber"ə istinadla xəbər verir.
"Bir adam bütün müharibəni təslim edə bilməz. Əgər bunun günahı Nikoldadırsa, deməli, o, təkbaşına yox, Onik (Qasparyan - Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi-red.) və Cəlal (Arutyunyan - separatçı birləşmələrin keçmiş rəhbəri-red.) ilə edib. Onlar da bu cinayətlərin iştirakçılarıdır. Əgər belə idisə, deməli, Nikola qədər məsələ bitmişdi.
Bako Saakyan, get bu qardaş qəbiristanlığına, hamısına bax və bil ki, onları sən və sənin generalların öldürüb. Bako Saakyan, Yerablurun qanı sənin boynunda, Serj Sarkisyandan tutmuş Robert Köçəryana kimi sənin və sənin generallarının üzərindədir. Və bu məğlubiyyəti başqasının üzərinə atmağa ehtiyac yoxdur. Serj Sarkisyan nağıl danışır, deyir, mənim vaxtımda filan-filan silahlar alınıb. Bu silahlar sadəcə zibil idi.
Bütün generallarınızı, nə qədər varsa, hamısını toplayın, gedin Anna Akopyandan kişilik öyrənib. Sizdə isə o qədəri də yoxdur, sadəcə qaçırsınız, uçursunuz, uşaqlarınızı gizlədirsiniz, elə deyilmi? Vito (Balasanyan - separatçı-red.) oğlunu bunkerdə gizləməmisən?”, ddyə Artur Osipyan bildirib.
Alpər