Xəbər lenti

"Qarabağ"ı azarkeşlər, "Neftçi"ni isə menecer xərcə saldı
İdman09:56 10.02.2022

"Qarabağ"ı azarkeşlər, "Neftçi"ni isə menecer xərcə saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XV turunda qaydalar çərçivəsindən kənara çıxanlarla bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Keşlə” – "Zirə” oyununda "Keşlə” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
"Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
"Neftçi” – "Qarabağ” oyununun 73-cü dəqiqəsində "Neftçi” komandasının meneceri Qədir Həsənov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 800 manat cərimə olunur.
"Qarabağ” klubunun azarkeşləri meydançaya kənar əşya atdığı üçün klub 1600 manat cərimə olunur.
"Səbail” – "Sumqayıt” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Səbuhi Həsənov