Xəbər lenti

Qarabağla bağlı yeni layihə
Ölkə11:25 27.05.2014

Qarabağla bağlı yeni layihə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Massarik Universiteti və Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşələrinin yaradılması” layihəsi çəçivəsində Çexiyada və Avstriyada bir sıra görüşlər keçirir. 

Qaynar.infon-nun Olaylar-a istinadən verdiyi məlumata görə, BDM nümayəndə heyəti ilk öncə Vyanada fəaliyyət göstərən Türk Federasiyasını ziyarət edib. Görüşdə Azərbaycan və Türk diasporunun birgə fəaliyyəti, möhkəmlənməsi və inkişafı məqsədilə səmərəli müzakirələr aparılıb. Federasiya başqanı Alican bəy xarici ölkələdəki Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. 

O, həmçinin bildirib ki, “Azərbaycan və Türkiyə yalnız mənəvi deyil, həm də siyasi-iqtisadi baxımdan etibarlı müttəfiqdirlər”. Görüşdə çıxış edən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy Türkiyənin keçmiş millət vəkili, kürdlərin Burukanlar aşirətinin başçısı Kinyas Kartalın kitabından nümunələr gətirərək indiki kürdlərin oyuna gəldiklərini, o zamanlar kürdlərin ermənilərə qarşı azərbaycanlılarla çiyin-çiyinə çarpışdıqlarını bildirib. 

Daha sonra BDM-in sədr müavini Samir Adıgözəlli və BDM-in Avropa təmsilçisi professor Azər Kərimov da çıxış edərək bildiriblər ki, erməni yalanlarına qarşı türk dünyası birgə mübarizə aparmalı və bu haqlı davadan əsla vaz keçməməlidir.

Qaynar.info