Xəbər lenti

Sənət 17:53 14.11.2022

Qaraciyər köçürülən aktyorun vəziyyəti necədir?

Bir neçə ay öncə qaraciyər köçürülən aktyor Elvin Ağayevin vəziyyəti normallaşıb.

Bu barədə Qaynarinfo-ya a aktyorun həyat yoldaşı Elvina Atakişiyeva məlumat verib. Onun sözlərinə görə, Elvin Ağayevin müalicə prosesi davam edir:

"Şükür Allaha ki, bu gün hər şey normaldır. Elvin artıq işinin başına qayıdıb. Biz də onun sağlamlığı üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, aktyor Elvin Ağayev uzun illər qaraciyər sirrozundan əziyyət çəkib və bir neçə ay əvvəl Dövlət Gömrük Xəstəxanasında əməliyyat olunub. Aktyora bacısının qaraciyəri köçürülüb.

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->