Xəbər lenti

Qaraciyərinin bir hissəsi qardaşına köçürülən müğənninin vəziyyəti ağırlaşdı (FOTO)
Maqazin05:58 08.06.2022

Qaraciyərinin bir hissəsi qardaşına köçürülən müğənninin vəziyyəti ağırlaşdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir müddət əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamran Kərimbəyova verən müğənni Nərmin Kərimbəyovanın səhhəti ağırlaşıb. 
Qaynarinfo xəbər verir ki, sənətçinin Türkiyədə həyata keçirilən əməliyyatından sonra vəziyyəti hər ötən gün daha da pisləşib. Bu səbəblə də ifaçı təcili olaraq reanimasiyaya yerləşdirilib. 
Müğənninin qaraciyərinin bir hissəsi nəql edilən qardaşı Kamran Kərimbəyovun səhhəti isə yaxşılaşmağa doğru gedir. 
Qeyd edək ki, Nərminin qardaşı uzun illərdir "Hepatit B" xəstəliyindən əziyyət çəkirdi.