Bakıda yanğın hadisəsi qeydə alınıb.
Qaynarinfo.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda, Bakı-Salyan şosesinin 27-ci km-liyində ümumi sahəsi 40 kv.m olan qazanxananın elektrik hissəsində döşəmə 2 kv.m sahədə, tənzimləyici və onun çıxış-giriş elektrik kabelləri 6 p.m sahədə yanıb.
Qazanxana yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.az