Xəbər lenti

“Qardaşım can verəndə, başının üstündə muğam oxudum“ - Əməkdar artist (FOTO)
Sənət12:58 16.11.2020

“Qardaşım can verəndə, başının üstündə muğam oxudum“ - Əməkdar artist (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"1992-1994-cü illərdə döyüşlərdə olmuşam. Bizim qucağımızda çox igidlər dünyasını dəyişib. Əsgərlərə konsertlər verirdim, nə qədər pul yığılırdı gətirib əsgər ailələrinə, şəhid ailələri üçün olan fonda verirdim”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Əməkdar artist Cabir Abdullayev Xəzər telekanalında yayımlanan "Ay Zaur” proqramında qonaq olarkən deyib. 
Xanəndə qardaşının qarabağ müharibəsində şəhid olduğunu bildirib: 
"Qardaşım birinci Qarabağ müharibəsində iştirak edib. Yaralanmışdı, həkimlər demişdi ki, qalmayacaq, qəlpə qaraciyərinə dəymişdi. Mənim üçün ağır idi, yadıma düşəndə kövrəlirəm. Həkim dedi ki, onun başının üstündə muğam oxu. Oxudum, gözümdən yaş gəlirdi. Bu hadisələr 1993-1994-cü illərdə olub. Öz toyumda belə mən kostyum yox, əsgər paltarı geyinmişdim"