Xəbər lenti

Qatarda yüklərin arasında qaçmaq istəyən şəxs kimdir? (RƏSMİ)
Ölkə08:43 28.10.2024

Qatarda yüklərin arasında qaçmaq istəyən şəxs kimdir? (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycandan Rusiya istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilib. Məlumata görə, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.