Xəbər lenti

Qazaxıstan parlamentinin sədri Azərbaycana gəlir
Siyasət11:47 13.02.2014

Qazaxıstan parlamentinin sədri Azərbaycana gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstan Milli Məclisinin (MM) sədri Nurlan Niqmatullin Azərbaycana səfərə gələcək.

Diplomatik mənbələrdən APA-ya verilən xəbərə görə, səfər fevralın 20-də baş tutacaq. Qazaxıstan MM-in rəhbəri Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, Azərbaycan MM-in sədri Oqtay Əsədov da Qazaxıstana bu il ərzində səfərə dəvət olunub.

Qaynar.info