Dünya 13:38 25.09.2022

Qazaxıstanda kinoteatr səfərbərlikdən qaçan rusiyalılara gecələmək imkanı verəcək

Uralskdakı (Qazaxıstan) "Cinema Park” kinoteatrının rəhbərliyi gecələmək üçün yer tapa bilməyən rusiyalıların üzünə zalların qapılarının açıq olduğunu açıqlayıb.

Qaynarinfo bu barədə kazakh24.info saytına istinadən xəbər verir.

Kinoteatrın direktoru qeyd edib ki, Rusiya vətəndaşlarının axını ilə əlaqədar mənzillərin qiyməti kəskin artıb və hər kəs kirayə ev götürə bilmir.

"Şəhərin küçələrində gecələmək istəyən Rusiya Federasiyasından çoxsaylı qonaqlar görürük. Bizə gəlin, biz hər şeyi başa düşürük”, deyə "Cinema Park”ın direktoru bildirib. 

Kinoteatr şəhərin böyük ticarət mərkəzində yerləşir, burada gecələmək istəyənləri yerləşdirə biləcək bir neçə kinozal var.

Qeyd edək ki, səfərbərlikdən qaçan çox sayda Rusiya vətəndaşı Qazaxıstana üz tutub.

Nizami Bağırov