Ermənistan-Azərbaycan sərhədinə Qazaxıstan sülhməramlılarının göndərilməsindən söhbət gedə bilməz.
Qaynarinfo liter.kz saytına istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi
deyib.
"Xeyr, hələ ki, gündəmdə belə bir məsələ yoxdur", - o, Nur-Sultanda açılan Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayının kuluarlarında deyib.
Tleuberdinin sözlərinə görə, indi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir.
"Biz öz təcrübəmizi bölüşməyə hazırıq, çünki biz sərhədimizi quru və hətta dəniz sərhədinin bütün perimetri üzrə demarkasiya etmişik. Demarkasiya demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, daha iki-üç il çəkəcək", - o deyib.
Alpər
Şərhlər