Moskva Kiyevə davam edən yanacaq tranziti
müqabilində Rusiya qazını almağı təklif etmir.
Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, bu barədə
"Qazprom”un məlumat şöbəsi bildirib.
Şirkət "Naftoqaz” rəhbəri Yuri Vitrenkonun
Ukraynanın "Qazprom” rəhbərinin 2024-cü ildən sonra bazar şərtləri ilə "Şimal
axını 2”-nin başlanğıcı fonunda yanacaq nəqlinə davam etməsi təklifindən məmnun
qalmayacağına dair açıqlamalarına belə reaksiya verib.
"Diqqətinizə çatdırmaq istəyirik ki, heç kim Ukraynaya
Rusiya qazını almağı təklif etməyib. "Qazprom” İdarəetmə Komitəsinin sədri Aleksey
Millerin fikirləri AB ölkələrindəki, ilk növbədə Almaniyadakı ortaqlarımıza ünvanlanıb”,
- "Qazprom” nümayəndələri vurğulayıblar.
Şirkət həmçinin AB-nin karbohidrogenlərdən enerji mənbəyi
kimi imtina etməsi fonunda 2024-cü ildən sonra Avropa istehlakçıları ilə yeni
müqavilələr çərçivəsində Ukrayna ərazisindən keçən qaz tranzitindən bəhs
etdiyini də deyib.
Xatırladaq ki, bundan əvvəl Vitrenko Kiyevin bahalı
yanacaq idxalının əvəzinə Rusiya qazının tranzitini təşkil etməyəcəyini deyib.
İndi Ukraynanın qaz idxalına tranzit üçün
aldığından daha az xərclədiyini və bununla da karlı vəziyyətdə qaldığını və
dövlət büdcəsini doldurduğunu vurğulayıb. Vitrenko "Ukraynadan pulun
Rusiyaya getməsinə səbəb olan hər hansı bir razılaşmaya ehtiyacımız
yoxdur", - deyə vurğulayıb.
Şərhlər