Xəbər lenti

“Qәbәlә” vә “İnter” 2-ci mәrhәlәdә
İdman17:53 09.07.2015

“Qәbәlә” vә “İnter” 2-ci mәrhәlәdә

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün UEFA Avropa Liqasında 1 təsnifat mərhələsinin görüşləri keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli turnirində təmsil edən 3 komandada meydana çıxacaq. 

3 təmsilçimizdən biri – “Neftçi” səfərdə meydana çıxacaq. “Ağ-qaralar” Monteneqro paytaxtı Padqoritsada ilk oyunda 2:2-lik bərabərlik etdiyi “Mladost”la üz-üzə gələcək. Görüş Bakı vaxtilə saat 23:30-da başlayacaq.

Səfərdə Gürcüstanın “Dinamo” (Tbilisi) klubuna 1:2 hesabı ilə uduzan “Qəbələ” bu dəfə doğma azarkeşlər önündə meydana çıxacaq. Bu matçın start fiti saat 21:00-da veriləcək.

Albaniyada “Laçi” klubu ilə 1:1-lik heç-heçə edib vətənə sərfəli nəticə ilə dönən “İnter” də evdə oynayacaq. Bu qarşılaşma da saat 21:00-da başlayacaq. 

Avropa Liqası

Birinci təsnifat mərhələsi

Cavab oyunu, 9 iyul

23:30. “Mladost” (Monteneqro) – “Neftçi” (Azərbaycan)

Hakimlər: Kevin Klensi, Alastair Mazer, Stüart Yan Makmillan, Brayan Kolvin (hamısı Şotlandiya)

Podqoritsa. Şəhər stadionu

İlk oyun – 2:2

21:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan)

Hakimlər: Amori Deleru, Loran Stien, Mişel Annonye, Sebastyan Moreyra (hamısı Fransa)

Qəbələ. Şəhər stadionu

İlk oyun – 1:2

21:00. "İnter" (Azərbaycan) - "Laçi" (Albaniya)

Hakimlər: Aleksandr Əliyev, Sergey Vassyutin, Samat Terqussizov, Denis İzmaylov (hamısı Qazaxıstan)

Bakı. “İnter Arena” stadionu

İlk oyun – 1:1

***

"Qəbələ" və "İnter"in oyununda ikinci hissə başladı.

***

Asif Mәmmәdov 89-cu dәqiqәdə rəqib komandanın qapısına qol vurub.

***

Oyunun 90-cı dəqiqəsində "Qəbələ" futbolçusu Aleksey Antonov klubun hesabını artırıb, hesab 2:0.