Xəbər lenti

"Qəbələ" 4 futbolçunu yola saldı
İdman13:07 11.07.2022

"Qəbələ" 4 futbolçunu yola saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qəbələ” dörd futbolçu ilə yollarını ayırıb.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçilər Stefan Vukçeviç, Fernan Lopes, Kamal Mirzəyev və hücumçu Patrik Robson 2022-2023-cü illər mövsümündən "qırmızı-qara” formada çıxış etməyəcək.
2020-ci ilin yayından "Qəbələ”nin şərəfini qoruyan Vukçeviç iki mövsüm ərzində 58 oyunda 2 qol vurub. Ötən mövsümün əvvəlində bir illik fasilədən sonra komandaya qayıdan Fernan Lopesin hesabında 40 matçda 4 top var. Fasilələrlə "qırmızı-qara” forma geyinən Kamal 15, qışda bölgə təmsilçisinə qoşulan Patrik 13 qarşılaşmada iştirak edib.
Səbuhi Həsənov