Xəbər lenti

İdman 19:05 05.09.2023

"Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqası turnirinin 2023/2024-cü illər mövsümünün birinci mərhələsinin püşkü atılıb.

Qaynarinfo-nun məlumatına görə ölkəmizi yarışda təmsil edəcək "Qəbələ"nin də rəqibi məlum olub.

Püşkə əsasən, təmsilçimiz Macarıstanın "Puşkas Akademiya”sı ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun oktyabrın 4-də evdə, cavab qarşılaşması isə oktyabrın 25-də səfərdə keçiriləcək. "Qəbələ” mərhələni adlayacağı halda, "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu oyunlar noyabrın 8-də, cavab qarşılaşmaları isə 29-da keçiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->