AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda Birinci Divizionun 18-ci turu çərçivəsində baş tutan görüşlərdə qaydalar çərçivəsindən kənara çıxanlar haqda aşağıdakı cəza və cərimələr tətbiq olunub.
"Qəbələ-2” – "Səbail-2” oyununda təcili tibbi yardım maşını oyuna gec gəldiyi üçün meydan sahibi klub 160 manat cərimə olunur.
"Qəbələ-2” – "Səbail-2” oyununda "Səbail-2” klubunun 38 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 20 manat cərimə olunur.
"Qəbələ-2” – "Səbail-2” oyununda matçın 83-cü dəqiqəsində "Səbail-2” klubunun 70 nömrəli futbolçusu Elşad Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır klub 240 manat cərimə olunur.
"Qəbələ-2” – "Səbail-2” oyununda "Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
"Sumqayıt-2” – "Neftçi-2” oyununda "Sumqayıt-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
"Sumqayıt-2” – "Neftçi-2” oyununda "Neftçi-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
"Zaqatala” – MOİK oyununda MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.
Səbuhi Həsənov