Xəbər lenti

Qəbələdə evdə partlayış: 4 nəfər xəsarət aldı
Ölkə05:17 24.03.2019

Qəbələdə evdə partlayış: 4 nəfər xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib. 
Qaynarinfo FHN-nin saytına istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. 
Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.