Xəbər lenti

“Qəbələ”dən tarixi uğur
İdman17:54 06.08.2015

“Qəbələ”dən tarixi uğur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.Az-ın məlumatına görə, təmsilçilərimizdən “Qəbələ” də “pley-off” üçün mübarizə aparacaq.

Roman Qriqorçukun komandası doğma meydanda Kiprin “Apollon” klubu ilə qarşılaşacaq.

İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan “qırmızı-qaralar”ın növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansı var.  İstənilən hesablı qələbə və qolsuz heç-heçə komandamızı qane edir. 

Bu nəticələrdən biri qeydə alınsa, o zaman "Qəbələ" tarixində ilk dəfə olaraq Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qarşılaşma saat 21:00-da başlayacaq.

6 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) - 1:0

Qol: Cavid Hüseynov, 80-pen (1:0)

Qırmızı vərəqə: Ürfan Abbasov, 90+1 ("Qəbələ")

İlk oyun-1:1

Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)

Bakı.  8-ci  kilometr qəsəbə stadionu

“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Ürfan Abbasov, Rafael Santos, Arif Daşdəmirov,  Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay,Sergey Zenyov,  Dodo, Aleksey Antonov  (Ermin Zets, 71)

Ehtiyat oyunçular:  Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Elvin Camalov, Asif Məmmədov,  Samir Zərgərov

"Apollon": Bruno Vale, Elizio, Nuno Lopes (Thuram, 61), Freyra, Simoes Jeyme (Farley, 81), Esteban Saçetti, Qullon, Aleks,  Joao Pedro, Fotis Papoulis (k), Kolokoudias (Abraham, 61)

Ehtiyat oyunçular:  Hidi, Angeli, Stulianou, Veeler

Qaynar.info