"Bu dəqiqə becərdiyim pambıq tarlasının ortasında Zəfər günümüzü qeyd edirəm”.
Bu sözləri Qaynarinfo-ya Sabirabad rayonundan olan Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova deyib.
Fatma Hüseynova bildirib ki, İlham Əliyev səbirlə hərəkət edərək, bu qələbəni Azərbaycan xalqının bəxş edib: "Bu pambıq tarlasına baxaraq, Ulu Öndər Heydər Əliyevin buralara gəlişini xatırlayıram. Bu gün Ali Baş Komandan İlham Əliyev onun yolunu uğurla davam etdirir. İndi uşaqdan-böyüyə qədər hər kəs qələbə bayramının sevincini yaşayır. Biz bu qələbəni Ulu Öndərin yolunu gedən İlham Əliyevin sayəsində və rəhbərliyi altında qazandıq. Cənab Prezident uzaqgörən bir siyasətçidir. Onu şəxsən tanıyır, diqqət və qayğısını hiss edirəm. O, xalqının lideridir. Prezidentin düzgün siyasəti, ordumuzun şücaəti ilə torpaqlarımız işağldan azad edildi. Vaxt var idi bəziləri deyirdilər ki, Qarabağ alınmayacaq. Amma İlham Əliyev səbirlə, böyük əzmlə hərəkət edərək, bu qələbəni Azərbaycan xalqının bəxş etdi".
Sosialist Əməyi Qəhrəmanı bildirib ki, Vətən müharibəsi iki dəfə döyüş bölgəsinə səfər edib: "Müharibənin ən qızğın vaxtında orda oldum. Dedilər "getmə, buraxmayacaqlar". Dedim "mən Ulu Öndərin qızıyam, gör gedib hərbçilərimizə dəstək verirəm". İki yük maşınını ərzaqla doldurub apardım hərbçilərimiz üçün. Oturduğum maşına da iki Azərbaycan və iki türk bayrağı asdım. General dedi ki, "bayrağı çıxar, ermənilər bizi vurar". Amma çıxarmadım. Dedim "qoy ermənilər məni vursun, şəhid olum".
Fatma Hüseynova bildirib ki, işğaldan azad olunan torpaqlarda pambıq əkmək istəyir: "49 ildir pambıqçılıqla məşğul olan Fatma Hüseynova kimi deyə bilərəm ki, işğaldan azad olunan torpaqlarda da bu məhsulu yetişdirə bilərəm. Mənə yer ayrılarsa, Qarabağda pambıq əkəcəyəm.
Qeyd edək ki, Fatma Hüseynova 1939-cu ildə Sabirabadın Abdulyan kəndində dünyaya gəlib. Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olub. Fatma Hüseynova SSRİ Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1981-ci il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, iki dəfə Lenin ordeni, iki dəfə Şərəf Nişanı ordenləri, "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
17 sentyabr 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sabirabad pambıqçıları, o cümlədən Fatma Hüseynova ilə görüşüb. 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif olunub.
Əhməd