
Millət vəkili Qənirə Paşayevanın twitter hesabına hücum olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə millət vəkili facebook hesabında yazıb. Millət vəkili qeyd edib ki, ötən gün kimlərinsə rəsmi twitter hesabımın parolunu oğurlayaraq özəl mesaj qutumdan bəzi dostlara adımdan mesaj yazdıqlarının şahidi olub:
“Yazılan mesajı tamam silməyi unutduqlarından bir parçası bu əxlaqsızlığı və tərbiyəsizliyi anlamamıza vəsilə oldu. Sizdən ricam son 2 gündə və ondan öncə özəl mesaj qutumdan sizlərdən kimlərəsə şübhələndiyiniz, narahatedici və ya bunu Qənirə xanım yazmaz dediyiniz mesaj gəlibsə, mütləq bizə xəbər verin.
Qənirə Paşayeva əlavə edib ki, mütəxəsislərin dəstəyi ile twitter hesabının güvənliyi daha da artırılıb: “Başqalarının hesabına girmək, məktublar yazmaq və ya məktublar oxumaq dünyada bir insanın edə biləcəyi ən büyük əxlaqsızlıq və tərbiyəsizlikdir. Təssüf ki, günümüzdə bu cür əxlaqsız və tərbiyəsiz insanların sayı artmaqdadır”.
Qaynar.info