Kollektiv Qərb Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər sülh sazişi imzalamasını tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak” qəzeti yazır.
Nəşr qeyd edir ki, mənbəmizin sözlərinə görə, bu məsələ oktyabrın 6-da Praqada bağlı qapılar arxasında müzakirə olunub. İ.Əliyevin sazişin noyabrın 9-da imzalanmasını təklif etdiyi barədə məlumat var.
İki il əvvəl, həmin gündə kapitulyasiya haqqında bəyanat imzalanıb. İndi o, qələbəsini təkrarlamaq istəyir. Paşinyan buna etiraz edərək bildirib ki, bu günün erməni xalqı üçün pis simvolik mənası var. O, hamını razı salmağa çalışır, lakin insanlar güman edə bilər ki, sülh müqaviləsi bizim üçün yeni qapılar açmayacaq, əksinə, ikinci kapitulyasiyaya çevriləcək. Bundan əlavə, Nikol Paşinyan Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarılması məsələsini qaldıraraq, qoşunlar çıxarılmayana qədər sazişi imzalamayacağını bildirib. Azərbaycan Meğridən dəhliz almaq iştahını itirməyib. Hətta hakimiyyət orqanları da yeni eskalasiya riskini istisna etmir”, - qəzet qeyd edir.
Nizami Bağırov