Rusiya ABŞ, Avropa İttifaqı, ayrı-ayrı Qərb dövlətləri və onların təsir agentlərinin Qarabağ nizamlanmasına müdaxilə etmək üçün davamlı cəhdlərini qeydə alır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov "Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
"Biz ABŞ, Aİ, ayrı-ayrı Qərb dövlətləri və onların təsir agentlərinin Dağlıq Qarabağ nizamlanması prosesinə müdaxilə etmək, Rusiyanın regiondakı mövcudluğunu gözdən salmaq və mövqelərini gücləndirmək üçün davamlı cəhdlərini qeydə alırıq", Şevtsov müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya hələ də Ermənistan-Azərbaycan sərhədində KTMT-nin monitorinq missiyasını yerləşdirməyi təklif edir.
"Rusiyanın təşəbbüsü ilə münaqişə bölgəsinə KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilib. Təəssüf ki, onun Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı qərar icra olunmayıb, lakin təklif qüvvədə qalır", deyə Rusiya rəsmisi bildirib.
Nizami Bağırov