Xəbər lenti

Qərb Rusiyanın dağılacağını düşünür - Politoloq
Siyasət10:15 15.09.2022

Qərb Rusiyanın dağılacağını düşünür - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropadakı ABŞ ordusunun keçmiş komandanı, general Ben Hodces deyib ki, Vaşinqton Rusiyanın dağılmasına hazır olmalıdır. Onun fikrincə, gələcəkdə bu qlobal prosesin geosiyasi nəticələrini azaltmaq üçün dünya Rusiyanın dağılmasına hazırlaşmalıdır.
O, bildirib ki, Rusiya Federasiyasının rəhbərliyi etimad böhranı yaşayır və Ukrayna ilə müharibə zamanı nümayiş etdirilən zəiflik çox güman çöküşün başlanmasına gətirib çıxaracaq. 120-dən çox etnik qrupu əhatə edən bir ölkənin süqutu tədricən ola bilər, lakin bu, nəzarətsiz bir prosesə də çevrilə bilər: "Sovet İttifaqının dağılmasına hazırlaşmadığımız kimi, bu ehtimala hazırlaşmasaq, bu, qlobal geosiyasətdə böyük qeyri-sabitlik yarada bilər". 
Onun sözlərinə görə, Rusiyanın dağılmasına bir neçə amil səbəb ola bilər. Birincisi, bu, ənənəvi olaraq Kremlin legitimliyinin əsasını təşkil edən Rusiya ordusuna daxili inamın azalmasıdır. Hodces vurğulayıb ki, məsələn, çeçenlər müstəqillik uğrunda növbəti müharibəyə başlamaq qərarına gəlsələr, Putin onlarla mübarizə aparmaq üçün hərbi resurslar tapmayacaq. Rəhbərlikdən reaksiya verilməməsi ölkə daxilində bir sıra oxşar qiyamlara səbəb olacaq. Bundan əlavə, iqtisadi problem yaranacaq. 
Əvvəllər Rusiya Federasiyasında müasir sənayenin çatışmazlığını kompensasiya edən enerji bazarlarının itirilməsi səbəbindən ölkə 144 milyonluq əhalini təmin edə bilməyəcək. Rusiya, həmçinin silah ixracına arxalanırdı, lakin indi heç bir ölkə bu cür silahları almaqda maraqlı deyil: "Hətta Rusiyada stoisizm quyusunun öz həddi var”. 
Üçüncü amil, ölkənin malik olduğu böyük ərazidə əhalinin az məskunlaşmasıdır.
"Birlikdə bu dilemmalar Qərb üçün çox ciddi çağırışdır. Əgər bunu səhv etsək, biz çöküşlə üzləşə bilərik. Təxminən 30 il əvvəl Rusiyanın sonuncu süqutuna hazırlaşmamağımız və bunun nəticəsində Rusiya Federasiyasında yaranan daxili problemlər yəqin ki, Putinin prezident olmasına səbəb oldu. Biz ikinci dəfə hazırlıqsız qalmaq riskinə gedə bilmərik”, deyə general vurğulayıb. 
Ben Hodcesin açıqlamalarını dəyərləndirən politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, general Hodces Rusiyanın dağılmasına hazır olmağı tövsiyyə edərkən, SSRİ-nin dağılması fonunda yaşanan xaosu, hələ də həll olunmayaraq qalan münaqişələri misal göstərərək, həmin qənaətə gəlib:
"Siyasi dairələrdə həmişə söz-söhbət gəzib ki, sovet rejimi məhz Qərbin yardımı ilə dağılıb. Lakin onlar sovet ölkəsinin dağılmasından sonra yaranan xaosu hələ tam həzm edə bilməyiblər. Sovetlər Birliyinin dağılması ilə bu məkanda ciddi münaqişələr baş verdi ki, hələ də onlar həll olunmamış qalır. Sözügedən məkandakı münaqişələr üzündən digər dövlətlər, o cümlədən Avropa, ABŞ əziyyət çəkir. Yəni, keçmiş sovet məkanında yaşanan xaos, qeyri-stabillik inkişaf etmiş dövlətlərə də mənfi təsir edir. Bu xüsusda Qərb ölkələri rəsmiləri SSRİ-nin dağılmasından təcrübə qazanıblar”.
Politoloqun fikrincə, ABŞ artıq Rusiyanın da sonunun yaxınlaşdığını, onu da SSRİ-nin aqibətini gözlədiyini hiss etməyə başlayıb:
"Bu mənada amerikalı generalın verdiyi açıqlama ikibaşlı səciyyə daşıya bilər. Artıq Qərbdə Rusiyanın da dağıla biləcəyi barədə fikir formalaşıb. Onu da anlayırlar ki, Rusiyanın dağılmasından yaranan qəlpələr sovet imperiyasının dağılması fonunda yaranan qəlpələrdən heç də az olmayacaq. Rusiya Federasiyasına 25 respublika daxildir. Moskvanın zəifləməsilə həmin respublikalar müstəqillik əldə etmək uğrunda mübarizəyə qoşulacaqlar. Ona görə də amerikalı gerneral dünyanı bu prosesə hazırlıqlı olmağa çağırır”. 
Amma politoloq özü Rusiyanın dağılması heç də bu qədər yaxın olduğunu düşünmür: "Rusiya Ukrayna müharibəsini uduzacaqsa da, öz sərhədləri daxilində qalacaq. Çünki bir sıra dövlətlər Rusiyanın dağılması deyil, sadəcə zəifləməsində maraqlıdır”. 
Rüfət Sultan