Xəbər lenti

Qərbə Rusiya xəbərdarlığı: “Bu, faciəvi səhv olacaq”
Siyasət19:00 28.01.2017

Qərbə Rusiya xəbərdarlığı: “Bu, faciəvi səhv olacaq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları yerinə yetirilməmiş ləğv edilərsə, bu, Qərbin faciəli səhvi olacaq”.
Bunu Ukraynanın avrointeqrasiya məsələləri üzrə naziri İvanna Klimpuş-Tsintsadze deyib.
“Rusiya Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirmir. Sanksiyalar Minsk razılaşmalarının yerinə yetirilməsindən sonra ləğv edilməlidir. Əks halda, bu, Qərb üçün faciəvi səhv olacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar 2014-cü ildən tətbiq edilməyə başlanır. Sanksiyalar Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması üçün siyasi və iqtisadi ölçülərdir. Sanksiyaları Avropa İttifaqı və ABŞ-dan başqa, Kanada Yaponiya, Norveç, İsveçrə, Avstraliya, Yeni Zelandiya, ümumiyyətlə 41 ölkə tətbiq edib.
Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra sanksiyaların ləğvinin mümkünlüyü barədə fikirlər səslənir.(publika.az)
Qaynarinfo.Az