Xəbər lenti

Qərbin sanksiya tətbiq etdiyi "Mir" Azərbaycanda çalışır? - Baş bankirdən açıqlama
Ekonomiks08:03 28.10.2022

Qərbin sanksiya tətbiq etdiyi "Mir" Azərbaycanda çalışır? - Baş bankirdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə nəzarətini davam etdirir.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu keçirdiyi onlayn mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
O bildirib ki, banklar sözügedən sanksiyalardan məlumatlıdırlar. "Hər bir bank öz reputasiyasına xələl gətirməmək üçün diqqət edir. Hazırda sanksiya altına düşə biləcək addım görməmişik. "Mir" ödəniş sistemi Azərbaycanda çalışmır. Bu, münaqişədən əvvəl də belə idi"- deyə T. Kazımov əlavə edib.