Xəbər lenti

Qərbin Zelenskiyə təzyiqləri artır – Ekspert
Siyasət11:15 18.08.2022

Qərbin Zelenskiyə təzyiqləri artır – Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna taxılının çıxışına yaşıl işıq yandırılmasında Türkiyə Prezidenti Rəcərb Tayyib Ərdoğanla birlikdə mühüm rol oynayan BMT Baş katibi Antonio Quterreş Lvov şəhərinə gəlib. Burada onun Ukrayna Prezidenti Volodimir Zelenski və Ərdoğanla görüşləri gözlənilir.
 
Onlar arasında hansı məsələlərin müzakirəsi gözlənilir?
Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirb ki, BMT Baş katibinin bu səfəri Zelenskini atəşkəs barədə razı salmağa inandırmaqdan ibarətdir:
"Ukrayna məsələsi ətrafında iki mövqe mövcuddur. Onlardan biri müvəqqəti də olsa atəşkəs rejiminin bərqərar olması və ondan sonra danışıqların nisbi sülh şəraitində davam etdirilməsidir. İkinci konsepsiya isə müharibənin davam etdirilməsilə bağlıdır. Ukrayna və Qərbin siyasi elitasının mövqeyi odur ki, Rusiya məğlub olsun. Ərdoğan və Quterreş isə birinci konsepsiyanın tərəfdarıdırlar. Onların mövqeyi odur ki, indiki halda Rusiyanın hərbi məğlubiyyəti mümkün deyil. Ona görə də  dağıntıları dayandırmaq üçün müvəqqəti də olsa atəşkəsə gedilməlidir. Fikrimcə, Quterreşin Ukraynaya səfəri və burada Zelenski və Ərdoğanla görüşünün əsas məqsədi də məhz budur. Bir neçə ay öncə Fransa, Almaniya və İtaliya dövlət başçıları da məhz həmin məqsədlə Kiyevə səfər etmişdilər. Amma Zelenski həmin təklifi dəstəkləməyib. Quterreşin gəlişi fonunda həmin təklifin qəbul olunub-olunmayacağı isə hələlik bilinmir”. 
Həmsöhbətimiz bu qənaətdədir ki, Rusiyanın siyasi məğlubiyyəti göz qabağında olsa da, hərbi məğlubiyyəti mümkün deyil:"Çünki ən azından istənilən zaman Moskva taktiki nüvə silahından da yararlana bilər”.
Rüfət Sultan