Xəbər lenti

Qərblə Rusiyan son qarşıdurmada nə qədər uzağa gedə bilərlər? (ŞƏRH)
Siyasət13:37 01.02.2022

Qərblə Rusiyan son qarşıdurmada nə qədər uzağa gedə bilərlər? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiya minimum da olsa, bu məsələdə öz məqsədlərinə çatmaqdadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov son zamanlar Qərblə Rusiyanın bir-birilə kəskinləşən qarşıdurmada hara qədər gedəcəklərilə bağlı sualı cavablandırarkən deyib: 
"Qarşıdurmanın hərbi müstəviyə keçməsi təhlükəsi hələ ki, aradan qalxmayıb. Rusiya az da olsa məqsədinə çataraq, bir tərəfdən, kollektiv Qərbi parçalayır. Avropada Almaniya, Xorvatiya, Macarıstan kimi ölkələrin Rusiyaya münasibətdə mövqeyi digərlərilə müqayisədə fərqlidir. Fransa prezidenti Makron artıq ikinci dəfə Putinlə dərin söhbətlər aparıb. Rusiyanın başlıca məqsədi Gürcüstanla Ukraynanın NATO-ya qəbul olunmasına mane olmaqdır”. 
Həmsöhbətimiz düşünür ki, sözügedən prosesdə Rusiya ABŞ-dan imtina cavabı alsa da, NATO-nun bir sıra digər dövlətlərindən Tiflis və Kiyevlə bağlı zəmanət ala bilər: 
"Təsadüfi deyil ki, dünən Makronla danışıqlarda Fransa ilə təhlükəsizlik zəmanəti mövzusu səsləndirildi. Bu o deməkdir ki, ABŞ razı olmasa da, alyansın digər üzvlərilə həmin məsələ müzakirə olunacaq. Raket sistemlərinin yerləşdirilməsi məsələsində isə ABŞ-ın Rusiya ilə danışıqlara getmək əzminin olduğu görünür. Ukraynanın Donbas vilayətilə bağlı məsələdə isə Moskva Normand formatını bərpa etməklə Avropanın Ukraynaya təsir etmə mexanizmindən istifadə edir. Yəni Avropa böyük müharibənin olmasını istəmirsə, Minsk razılaşmasının yerinə yetirilməsini Kiyevdən tələb etməlidir”. 
F. Məmmədov bildirir ki, lokal və ya genişmiqyaslı müharibə təhlükəsi var, amma bu təhlükə artıq o qədər də böyük deyil.
Rüfət Sultan